İngiltərə Çempionşipdə çıxış edən "Hall Siti" klubunun sahibi Acun İlıcalı azarkeşlərə qeyri-adi vəd verib.
Fanat.Az xəbər verir ki, o, 500 azarkeşi ailələri ilə birlikdə Türkiyənin Antalya şəhərindəki beşulduzlu istirahət mərkəzinə aparacağını açıqlayıb.
Məşhur teleaparıcı və prodüser kimi tanınan Ilıcalı Ilıcalı şad xəbəri "Hall Siti" stadionunda keçirilən tədbirdə açıqlayıb.
Tətilə gedəcək azarkeşlər lotereya tirajları, xeyriyyə təşkilatları və digər müxtəlif qruplar vasitəsilə seçilir.
Ilıcalı kluba sponsorluq etmək üçün Türkiyənin “Efes” pivə brendi ilə danışıqların aparıldığını da açıqlayıb.