Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

"Qarabağ"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Abdullah Zubirin gələcək taleyinə aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, həm Səudiyyə Ərəbistanından, həm də Fransadan real təkliflər alan cinah hücumçusu Ağdam təmsilçisində qalmağa üstünlük verir.

"Qarabağ" rəhbərliyi sözügedən futbolçuya 2+1 illik yeni anlaşma təklif edib və hazırda bu yöndə danışıqlar davam etdirilir. Başqa sözlə, tərəflər mümkün sözləşmənin detallarını razılaşdırırlar.

Qeyd edək ki, Zubir bu mövsüm "köhlən atlar"ın forması ilə Misli premyer Liqasında 29 matça çıxaraq 8 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər