AÇ: Boksçularımızın ilk rəqibləri bəlli oldu

AÇ: Boksçularımızın ilk rəqibləri bəlli oldu

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Fanat.Az xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandasının idmançılarının da ilk rəqibləri bəlli olub.

Çempionatın ilk günündə Əzrək Bəbirov (57 kq) və Cəlal Qurbanov (63,5 kq) rinqə çıxacaqlar.

Yarışın final döyüşləri noyabrın 19-da olacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparacaq.

12 noyabr 1/16 final Cəlal Qurbanov (63,5 kq) – Bartlomey Roskovij (Polşa)

1/8 final Əzrək Bəbirov (57 kq) – Ariol Zeneli (Albaniya)

13 noyabr 1/16 final Maqsud Xasmetov (60 kq) – Berat Çivelek (Türkiyə)

1/8 final Nicat Hüseynov (51 kq) – Françesko Messineo (Almaniya) Ruslan Qədirov (54 kq) – Tommaso Skiacca (İtaliya) Seyid Seyidov (86 kq) – Yakub Strajevski (Polşa) Mirxəyal Məmmədov (92 kq) – Mateuş Berezniçki (Polşa) Aslan Mövsümova (+92 kq) – Nikita Putilov (Almaniya) Zeynəb Rəhimova (54 kq) – Viktoriya Roqalinska (Polşa)

14 noyabr 1/8 final İlqar Salahov (67 kq) – Fatih Kaya (Türkiyə) Rəşid Həsənov (71 kq) – Dariuş Znamyeç (Polşa)/Corc Smoloviç (Monteneqro) Daniel Xolostenko (75 kq) – Malek Semmo (Almaniya) Murad Allahverdiyev (80 kq) – Kromvell Kommeyalfred (İtaliya)

15 noyabr 1/4 final Mehparə Məmmədova (48 kq) – Rahibə İsmayılova (Gürcüstan) Marjona Savriyeva (50 kq) – İrina Vinaradava (Belarus)

16 noyabr 1/4 final Tural Sarıyev (48 kq) – Padraiq Dovney (İrlandiya)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər