AÇ-2024-ün qalibi bu səbəbdən karyerasını bitirəcək - Özü dedi

AÇ-2024-ün qalibi bu səbəbdən karyerasını bitirəcək - Özü dedi

"Sevilya"nın futbolçusu Xesus Navas karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Canal Sur Radio"ya danışan 38 yaşlı vinger bu ilin dekabrında butslarını mıxdan asacağını bəyan edib.

O, ombasındakı ağrılar səbəbindən oyunlardan sonra bir neçə gün yeriməkdə çətinlik çəkdiyini və zaman keçdikcə bu yöndə vəziyyətin daha da mürəkkəbləşdiyini söyləyib.

Qeyd edək ki, Navas İspaniya millisi ilə son Avropa çempionatının qalibi olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər