AÇ-2024: Millimiz 1/4-də!

AÇ-2024: Millimiz 1/4-də!

Bosniya və Hersoqovinoda keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, uğurlu çıxış etdirən Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. 

Qrup mərhələsini lider kimi başa vuran Elşad Quliyevin komandası 1/8 final mərhələsində Bolqarıstanı sınağa çəkib.

Millimiz bu görüşdən də qalib ayrılaraq, 1/4-ə vəsiqə qazanıb. Bu mərhələdə yığmamızın rəqibi Qazaxıstan seçməsi olacaq.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Belçikaya (3:0), İtaliyaya (2:1) və Fransaya (3:1) qalib gəlib.

Avropa çempionatı 1/8 final 5 iyun

Azərbaycan - Bolqarıstan 3:1

Qollar: Ramiz Çovdarov, 7. Təmkin Xəlilzadə, 30. Rəvan Kərimov, 45.

Sarayevo.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər