"2:1-dən sonra problemlər yaşadıq" - Ançelotti

"2:1-dən sonra problemlər yaşadıq" - Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə "Braqa"ya qarşı keçirdikləri matçdan danışıb.

Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Qapımızda qol görənə qədər mənə elə gəlirdi ki, hər şey öz əlimizdədir. Ancaq sonra oyunun dinamikası dəyişdi. Biz xətlərarası boşluqlardan inamla istifadə edirdik, ancaq hesab 2:1 olandan sonra bu yöndə problemlər yaşadıq".

Qeyd edək ki, 9 xalı olan "Real" yer aldığı C qrupunda 1-ci yerdədir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər