Levandovski İngiltərə klubuna keçə bilər

Levandovski İngiltərə klubuna keçə bilər
Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holandı transfer edə bilməyən "Çelsi" diqqətini "Bayer Münhen"in hücumçusu Robert Levandovskiyə yönəldib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.
Mənbə "zadəganlar"ın Polşa millisinin ulduz forvardına görə Almaniya klubuna 60 milyon avro təklif etməyə hazırlaşdığını vurğulayıb.
Levandovski son mövsümdə bütün turnirlər daxil olmaqla, "Bayer Münhen" formasıyla 40 oyuna çıxıb. Bu matçlarda 48 qol vuran ön xətt oyunçusu 9 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun Almaniya klubu ilə olan müqaviləsinin müddəti 2023-cü ilin 30 iyun tarixində başa çatacaq.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər