Təbriz klubları bu tur nə etdi?

Təbriz klubları bu tur nə etdi?
İran çempionatında 26-cı turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor”la "Maşinsazi” də növbəti matçına çıxıb.
 
"Maşinsazi” doğma meydanda "Mes Rafsanjan” ilə qarşılaşıb. Təbriz klubu bu oyunda darmadağına sevinib – 3:0.
 
Təbrizin daha məşhur təmsilçisi "Traktor” isə səfərdə "İstiqlal”la üz-üzə gəlib. "Traktorçular” turu məğlubiyyətlə başa vurublar – 1:2.
 
Hazırda 36 xalı olan "Traktor” 16 kollektiv arasında 7-ci, 14 xala malik "Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər