Millimiz yerində saydı

Millimiz yerində saydı
FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi son siyahı ilə müqayisədə mövqeyini dəyişməyib. Nikola Yurçeviçinin rəhbərlik etdiyi kollektiv 1202 xalla 108-ci yerdə qalıb. Yığma hesabat dövründə AVRO-2020-nin seçmə mərhələsinin I turundan Xorvatiya kollektivinə səfərdə 1:2 hesabı ilə uduzub. Bakıda isə Litva komandası ilə yoldaşlıq görüşündə qolsuz heç-heçə edib.
Azərbaycan millisinin AVRO-2020-nin seçmə qrup mərhələsindəki rəqiblərinə gəldikdə, 1 pillə geriləyən Xorvatiya 1621 xalla 5-ci sıradadı. 1539 xalla 19-cu yerdə qərarlaşan Uelsin mövqeyi dəyişməyib. 3 pillə geriləyən Slovakiya 1482 xalla 32-cidi.
E qrupunda yeganə irəliləyən komanda Macarıstan olub. Bir pillə yüksələn kollektiv 1419 xalla 51-cidi. Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Litva isə 1102 xalla 132-ci sırada qalıb.
Qeyd edək ki, ilk "üçlük”də dəyişiklik olmayıb. Lider Belçikanı (1737 xal) Fransa (1734 xal) və Braziliya (1676 xal) izləyir. İki pillə irəliləyən Türkiyə 1457 xalla 39-cu sıradadı.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər