Ruslan Əmircanovun yeni klubu müəyyənləşdi

Ruslan Əmircanovun yeni klubu müəyyənləşdi
"Keşlə" heyətinə daha iki futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Bakı klubu qapıçı Davud Kərimi və müdafiəçi Ruslan Əmircanovla anlaşıb.
 
Qeyd edək ki, Ruslan Əmircanov 2012-2014 və 2015-2016-cı illərdə "Keşlə"də (həmin vaxt "İnter" adlanırdı) çıxış edib. O, karyerası ərzində "Ümid", "Ədliyyə", "Karvan", "Standard", "Neftçi", "Qəbələ", AZAL və "Səbail"də çıxış edib. 
Davud Kərimi isə inliyədək "Muğan", MOİK, "Rəvan", "Fəthiyyəspor" (Türkiyə), "Ağsu" və "Kəpəz" klublarının şərəfini qoruyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər