"Beri” klubu İngiltərənin səviyyəcə 3-cü liqasından kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, İngiltərə Futbol Liqasının (EFL) bu qərarına Beri şəhərinin eyniadlı təmsilçisinin maliyyə tələblərini yerinə yetirə bilməməsi olub.
Qeyd edək ki, "Beri" klubu 1885-ci ildə yaradılıb. Klubun sahibi Stiv Deylin "Beri”ni satmaq üçün son cəhdi də uğursuz alınıb.
Bununla da 3-cü liqada iştirakçıların sayı 23-ə düşüb. EFL həmçinin eyni liqada çıxış edən "Bolton”a 2 həftə vaxt verib. Sponsor tapılmayacağı təqdirdə, bu klubu da "Beri”nin aqibəti gözləyir.
Onu da qeyd edək ki, EFL sonuncu dəfə 1992-ci ildə "Meydstoun” klubunu liqadan kənarlaşdırıb.
Fanat.Az