Zubir Avroliqada həftənin ən yaxşısı seçildi

Zubir Avroliqada həftənin ən yaxşısı seçildi

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu seçilib.

Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. 

32 yaşlı yarımmüdafiəçi "Milan"dan Ruben Loftus-Çik, "Qalatasaray"dan Mauro İkardi və "Benfika"dan Anhel Di Mariyanı qabaqlayıb.

Zubir ötən gecə Portuqaliya "Braqa"sına qarşı səfər matçında (4:2) 2 qol vurub və 1 qolun ötürməsini edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər