Zlatana İbrahimoviçin yeni klubu açıqlandı

Zlatana İbrahimoviçin yeni klubu açıqlandı
Zlatana İbrahimoviçin Avropaya dönüşü reallaşır.
Fanat.Az "Sky İtalia"ya istinadən xəbər verir ki, "Los Anceles Qalaksi"də çıxış edən isveçli ulduz "Milan"la anlaşıb. İbrahimoviç İtaliya klubu ilə 1,5 illik müqavilə imzalayacaq və ildə 4 milyon avro maaş alacaq.
Qeyd edək ki, 37 yaşlı futbolçu "Los Anceles Qalaksi"də 34 oyun keçirərək 24 qol vurub və 7 məhsuldar ötürmə edib. Zlatan 2011-2012-ci illərdə "Milan"da çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər