Zinəddin Zidanın agenti vəziyyətə aydınlıq gətirdi

Zinəddin Zidanın agenti vəziyyətə aydınlıq gətirdi

Zinəddin Zidanın agenti Alan Milyaçço mütəxəssisin PSJ rəhbərliyi ilə razılığa gəldiyi barədə yayılan informasiyaları yalanlayıb.

Fanat.Az xəbər verir ki, "L'Equipe" onun söylədiklərini belə çatdırıb: 

"Bu gün Zidanın adından danışmaq hüququ olan yeganə şəxs mənəm. Onun PSJ ilə razılaşdığı haqda deyilənlərin heç bir real əsası yoxdur. Nə Zinəddin Paris klubunun rəhbərliyi ilə əlaqə saxlayıb, nə də mən".

Xatırladaq ki, daha öncə tərəflərin yaxın günlərdə müqavilə imzalayacağı və Zizunun dünyanın ən ödənişli məşqçisinə çevriləcəyi barədə müxtəlif məlumatlar yayılmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər