Zinəddin Zidan "qalıram" demədi - SON DURUM

Zinəddin Zidan "qalıram" demədi - SON DURUM
"Real"ın baş məşqçisi Zinəddin Zidan klubdakı gələcəyi haqda açıqlama verib.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi ilə olan müqaviləsinin müddəti 2022-ci ildə bitəcək çalışdırıcı "Marca"ya belə danışıb:
"Gələn mövsüm nə olacağını heç kim deyə bilməz. Əlbəttə, anlaşmam var və hazırda burda olmaq ürəyimcədi. Amma sabah futbolda nəyin dəyişəcəyini söyləmək çətin məsələdi. Gələcək barədə konkret danışa bilmərəm".
Qeyd edək ki, "Real" sona bir tur qalmış İspaniya çempionluğunu təmin edərək tarixində 34-cü dəfə Primyeranın qızıl medallarını qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər