"Real"dan istefa verən Zinəddin Zidan bunun səbəbini açıqlayıb. Fanat.Az xəbər verir ki, fransız mütəxəssis təşkil etdiyi mətbuat konfransında bunları deyib:
"Gördüyümüz işlər ağlasığmazdı. Bu tarixin bir hissəsi olduğum üçün çox məmnunam. Bunu təsəvvür belə edə bilməzdim. Komanda 3 il sonra dəyişikliyə məruz qalmalı idi. Növbəti mövsüm "Real"da davam etməməyi qərara aldım. Komanda daxilində hər şey qaydasında olarkən belə bir qərar almaq təəccüblü ola bilər. Amma bu komanda qazanmağa davam edəcək. 3 il sonra dəyişiklik lazım idi. Bu klubu çox sevirəm. Mənə bu şansı verdikləri və xəyallarımı reallaşdırdığım üçün klub prezidenti Florentino Peresə təşəkkür edirəm".
Fanat.Az