Zidanın oğlu ilk oyununda qol vurdu - VİDEO

Zidanın oğlu ilk oyununda qol vurdu - VİDEO

İspaniya Kral Kubokunun 4-cü turunda “Real” öz meydanında "Leonesa” klubunu qəbul edib. Baş məşqçi Zidanın oğlu Enzo əsas komandanın heyətində meydana çıxdığı ilk oyunda qol vurub. 

Matç “Real”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Santyaqo Bernabeu” stadionunda keçirilən oyunda “Real”ın qollarını 1, 42 və 87-ci dəqiqələrdə Mariano Diaz, 23-ci dəqiqədə Xames Rodriguez, 63-ci dəqiqədə Enzo Manuel, 90-ci dəqiqədə (öz qapısına) Cesar Morgado Ortega vurub. Qonaq komandanın yeganə qolu isə 45-ci dəqiqədə Yeray Gonzalez Luisin adına yazılıb.

Braziliya klubu “Şapekoense” keçirdiyi təyyarə qəzası oyunöncəsi 1 dəqiqə sükutla anılıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər