"Real"ın baş məşqçisi Zinəddin Zidan "Liverpul"un vinqeri Sadio Maneni sərəncamında görmək istəyir.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Zidanın istəyinə rəğmən, "Real" rəhbəliyi hazırkı vəziyyətdə transfer həyata keçirməyi planlaşdırmır. Klub rəsmiləri koronavirus pandemiyasının ortaya çıxardığı maddi böhranla əlaqədar olaraq fransız mütəxəssisə keçidin reallaşmasının ehtimal daxilində olmadığını bildiriblər və ondan diqqətini Vinisius Cuniorun inkişafına yönəltməsini istəyiblər.
Seneqallı futbolçu "Liverpul"un baş məşqçisi Yürqen Kloppla işləməkdən məmnundu. Bununla yanaşı, o, həftəsinə 150 min funt qazanır. "Real" Maneni razı salmaq üçün daha çox məvacib ödəməyə hazır olmalıdı. Hazırkı vəziyyətdə isə bu, mümkün deyil.
Koronavirus pandemiyasından əvvəl də "kral klubu" xərclərini azaltmağa çalışırdı. Buna səbəb "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işlərinin aparılmasıdı.
Qeyd edək ki, Zidan komandasının aqressiv və daha sürətli futbol oynamasını istədiyi üçün, ötən yay da rəhbərlikdən Manenin transferini istəmişdi.
Fanat.Az