"Zidan kimi adamın haqqımda danıması xoşuma gəlir"

"Zidan kimi adamın haqqımda danıması xoşuma gəlir"

"Yadımdadı, 10 il əvvəl Zinəddin Zidan mənim oyunumu ilk dəfə dəyərləndirmişdi. İnanılmaz idi. Axı o mənim kumirim olub”.

 

Fanat.Az xəbər verir ki, bu sözləri "Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard deyib. İspaniyalı jurnalistlərə verdiyi müsahibədə futbolçu "Real”a mümkün keçidini dəyərləndirib: "Zidanın mindən çox videoroliklərinə baxmışam. İndi dünyanın ən yaxşı klublarından birinin əsas komandasını çalışdırır. Əlbəttə, adımın "Real”la yanaşı çəkilməsi, Zidan kimi adamın haqqımda danışması xoşuma gəlir. Amma buna görə dayanmağa hazırlaşmıram. İşləməyə davam etməli, "Çelsi”nin oyunlarına köklənməliyəm”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər