Zaur Svanadze: "Maliyyə durumu normallaşır"

Zaur Svanadze: "Maliyyə durumu normallaşır"

Zaur Svanadze "Kəpəz"lə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi bunları deyib: 

"Bu cür meydançada baxımlı oyun sərgiləmək çox çətindi. Əgər penaltidən yararlana bilsəydik, hadisələrin axarı başqa cür olacaqdı. Ümumi götürsək, hər iki komanda döyüşdü. Səfərdə qazanılan xalı pis nəticə hesab etmirəm. Klubda maliyyə durumu normallaşır. Futbolçular sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan maaşlarını alıblar, digər ayların maaşları da vaxtında ödəniləcək”.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər