Zaur Svanadze: "9 oyunçunun yerinə 2-si alınıb..."

Zaur Svanadze: "9 oyunçunun yerinə 2-si alınıb..."

"Gərgin oyun keçdi. Bu rəqiblə matçlarımız həmişə belə keçir". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze AZAL-la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.

O bildirib ki, komandası əvvəlki oyunlarla müqayisədə zəif təsir bağışlayıb: "Az qol vəziyyəti yaratdıq. Hücum xəttində Dieqo Martinsin gedişi komandamıza təsir etdi. Ümumiyyətlə, qışda "İnter"i 9 oyunçu tərk etdiyi halda, cəmi 2-ni gətirmişik. Kamran Ağayevin cəzası bu gün başa çatdı. Vüqar Nadirov üçün isə hələlik çətindi. Ona vaxt lazımdı". 

Bununla belə, gürcüstanlı mütəxəssis "İnter"in yeni rəhbərliklə iş birliyini müsbət qiymətləndirib.(CBC)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər