Zaur Svanadze: “Layiqli nəticə uğrunda çalışacağıq”

Zaur Svanadze: “Layiqli nəticə uğrunda çalışacağıq”

“Bizi çətin oyun gözləyir. Rəqibin gücündən xəbərimiz var”. Bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Fola” ilə qarşılaşacaq paytaxt təmsilçisinin çalışdırıcısı oyunöncəsi mətbuat konfransında qısa danışıb.

 

Gürcü mütəxəssis ümidli olduğunu bildirib: “Layiqli nəticə uğrunda çalışacağıq. Uşaqlar ciddi hazırlaşırlar, şükür zədəlimiz yoxdu. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Fola” – “İnter” oyunu bu gün saat 21:30-da start götürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər