Zaur Axundov: "Millidə hindular və çukçalar top qovacaq"

Zaur Axundov: "Millidə hindular və çukçalar top qovacaq"

Futzal Federasiyasının başqanı Zaur Axundov AVRO-2018-in 1/4 finalında Portuqaliyaya 1:8 hesabıyla uduzaraq mübarizəni dayandıran millinin ünvanına səsləndirilən ittihamlara cavab verib. Fanat.Az Axundovun azerisport.com-a danışdıqlarını ixtisarla təqdim edir:

"Elman Ələkbərovun (futzal yığmamızın sabiq çalışdırıcısı – red.) saytınıza söylədiklərini oxudum. Joze Alesionun kişiliyinə şübhəsi varsa, tet-a-tet üzünə desin, aydınlaşdırsın. Belə şeyləri mətbuatda demirlər. Adamda az da olsa, etika olmalıdı. Belələrinə futzala müdaxilə etməməyi məsləhət görürəm. Çətin durumda komanda haqda yumşaq desəm, qeyri-insani tərzdə danışmağın adı yoxdu”.

 

Axundov yüklənmənin seçməyə problem yaratdığını bildirib: "Beş günə üç səviyyəli oyuna çıxdıq ki, bu da bizə problem yaratdı. Ciddi yüklənməylə üz-üzə qaldıq. Əlbəttə, məlubiyyətlə barışmıram və barışmaq fikrində də deyiləm. Səbəbləri araşdıracaq, aradan qaldırmağa çalışacağıq. Böyük yol keçmişik. Reytinqimiz də çox şeyi deyir. Komanda Kolumbiyada dünya çempionatının 1/4 finalına yüksələndə belə adamlar hardaydı? Niyə təbrik etmirdilər? Ələkbərov bunu görmürsə, oftalmoloqa müraciət etsin. Braziliya yığması dünya birinciliyinin finalında – öz meydanında Almaniyaya 1:7 hesabıyla yeniləndə nə oldu? Dırnaqarası mütəxəssislərə qalsa, gərək biz bütün komanda üzvlərini güllələyək”.

 

Onun "milliləşdirmə” haqda söylədikləri isə xeyli əcaib alınıb: "Bəli, sağlam tənqidlərlə razıyam. Ancaq komandamın arxasındayam və məsuliyyəti üzərimə götürürəm. Komandada kimin oynamasından asılı olmayaraq tarixdə nəticə qalır. Yeri gəlsə, bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi üçün yığmada hindular və çukçalar da top qovacaq”.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər