Zaretska Mərakeşdə döyüşəcək

Zaretska Mərakeşdə döyüşəcək

13-15 mayda Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsi keçiriləcək.

Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 3 idmançısı iştirak edəcək. Qadınlardan ikiqat dünya və Avropa çempionu İrina Zaretska (-68 kg) tatami üzərinə çıxacaq. Kişilərin mübarizəsində isə Əminağa Quliyev və Sultan Hüseynov (hər ikisi -60 kg) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, Karate1 Premyer Liqa turnirində 48 ölkədən 238 idmançının iştirakı gözlənilir. Yarışın növbəti mərhələsi 2-4 sentyabr tarixlərində Bakıda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər