"Red Bull Zaltsburq"un isveçrəli hücumçusu Noa Okafor bu yay iş yerini dəyişməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, 22 yaşlı Noa daha güclü klubda oynamaq vaxtının çatdığına əmindir və bu üzdən mövsümün sonunda satışa çıxarılmasını istəyir. Mənbə "İnter", "Milan" və "Tottenhem"in maraqlandığı oyunçunun təqribən 20-25 milyon avroya satıla biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Okafor bu mövsüm "Zaltsburq" forması ilə bütün turnirlərdə 30 matça çıxaraq 10 qol vurub. Onun hesabında 5 məhsuldar ötürmə də var. Sözügedən futbolçunun klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Nihat