Yürgen Klopp: "Van Deykin zədələnməsi gərginliyin nəticəsi deyil"

Yürgen Klopp: "Van Deykin zədələnməsi gərginliyin nəticəsi deyil"
"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandanın önəmli müdafiəçilərinin - Vircil van Deyk və Co Qomesin zədələnməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" (Deyli Meyl) alman çalışdırıcının söylədiklərini belə çatdırıb:
"Van Deykin sıradan çıxması oyunun gərginliyinin yox, bir adamın (niderlandlı futbolçunu zədələyən qapıçı Cordan Pikfordu nəzərdə tutur - red.) anlaşılmaz hərəkətinin nəticəsidir. Qomeslə bağlı vəziyyət fərqlidir. O, sıx oyun qrafiki üzündən zədələnib. Bunu özümə bəraət qazandırmaq üçün demirəm. Sadəcə, izah edirəm".
Qeyd edək ki, van Deyk artıq yüngül məşqlərə başlasa da, yaşıl meydanlara qayıdacağı tarix bilinmir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər