"Yumurtabaş keçəl" - MY-nin hücumçusu ten Haqı təhqir etdi

"Yumurtabaş keçəl" - MY-nin hücumçusu ten Haqı təhqir etdi

"Mançester Yunayted"in cinah hücumçusu Antoni komanda yoldaşları ilə yazışma zamanı baş məşqçi Erik ten Haqı təhqir edib.

Fanat.Az xəbər verir ki, məlumatı "Globo Esporte" yayıb.

Xəbərə görə, braziliyalı futbolçu niderlandlı mütəxəssisi "yumurtabaş keçəl" adlandırıb və həmin yazışmanın skrinşotunu ten Haqa göstəriblər. Mənbə Antoninin cəzalandırılacağını və böyük ehtimalla, mövsümün qalan matçlarında meydana çıxmayacağını vurğulayıb.

Xatırladaq ki, MY İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində dünən keçirilən matçda "Kristal Pelas"a 0:4 hesabı ilə uduzub. Hazırda 54 xalı olan "qırmızı şeytanlar" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər