Yüksək Liqa: Pley-off mərhələsinin püşkü atıldı

Yüksək Liqa: Pley-off mərhələsinin püşkü atıldı

Futzal üzrə Yüksək Liqada keçirilən 31-ci turun oyunları ilə əsas mərhələyə yekun vurulub.

Fanat.Az xəbər verir ki, turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar – “Araz Naxçıvan”, EKOL, “Neftçi” İK və “Baku Fire” – pley-off mərhələsinə mübarizəni davam etdirəcək.

Pley-off mərhələsinin ilk oyunları mayın 1-də Bakı İdman Sarayında keçiriləcək və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Əsasnaməyə uyğun olaraq, komandalardan biri 2 qələbə qazanana qədər seriya davam edəcək. Hər dueldə komandalardan biri mütləq qələbə qazanmalıdır. Əsas vaxtda bu mümkün olmazsa, hər biri 5 dəqiqədən ibarət əlavə iki hissə keçiriləcək. Bu dəfə də qalibin adı bilinməs tərəflər penalti seriyasından istifadə edəcək.

Yüksək Liqa Yarımfinal  1 may

EKOL – Neftçi İK 12:00. Bakı İdman Sarayı

Araz Naxçıvan – Baku Fire ​14:45. Bakı İdman Sarayı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər