Yığmamızdan bol qollu sülh

Yığmamızdan bol qollu sülh

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını çərçivəsində bu ölkənin müvafiq yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Fanat.Az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. 

Millimizin qollarını 3-cü dəqiqədə Nəriman Axundzadə və 73-cü dəqiqədə Qurban Səfərov vurub. Oyunun 69-cu dəqiqədəsində Nuğay Rəşidov qırmızı vərəqə alıb. 

Qeyd edək ki, tərəflər arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə nəticələnib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər