Yığmamız seçmə mərhələdə son matçına çıxır

Yığmamız seçmə mərhələdə son matçına çıxır

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, millimiz Bosniya Herseqovinada təşkil edilən oyunda Yunanıstan yığması ilə qarşılaşacaq.

Oyunu Danimarkadan olan hakim idarə edəcək.

Xatırladaq ki, yığmamız qrupdakı əvvəlki oyunlarında Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzub.

AÇ-2023-ün seçmə mərhələsi 5-ci qrup 25 mart

20:00. Azərbaycan - Yunanıstan Hakimlər: Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan), Nikola Manzione (İtaliya). Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina). Hakim-inspektor: Antonio Joze Fernandes Kardozo (Portuqaliya). UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya). Şiroki Briyeq şəhəri, “Pecara” İdman zalı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər