Yığmamız İsveçrəyə yollandı

Yığmamız İsveçrəyə yollandı

Azərbaycan para-atletika yığmasının üzvləri baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 21-28 may 2023-cü il  tarixlərində İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-Pridə iştirak etmək üçün yola düşüblər.

Fanat.Az xəbər verir ki, yarışdan öncə Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün tibbi təsnifat keçiriləcək. 

Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə edirlər.

Qeyd edək ki, Qran-Pri cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək  Dünya çempionatına lisenziya qazandırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər