Yığmamız Gürcüstana qalib gəldi

Yığmamız Gürcüstana qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb.

U-19-un qollarını 45+1-ci dəqiqədə Sadiq Şəfiyev, 82-ci dəqiqədə isə Ravil Qafarov vurub.

Millimiz hazırlıq çərçivəsində növbəti oyununu iyunun 20-də Belarusun U-19 komandasına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər