Yığmamız Estoniyaya da uduzdu

Yığmamız Estoniyaya da uduzdu

Azərbaycanın qadın badmintonçulardan ibarət yığma komandası Abşeron Olimpiya İdman Kompleksində keçirilən Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komandamız Estoniya millisi ilə qarşılaşıb. 

Qarşılaşma estonların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamız təsnifat mərhələsində sonuncu oyunu sabah Slovakiya millisinə qarşı olacaq.

Azərbaycan yığması ilk turda Şotlandiyaya da uduzmuşdu – 0:5.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər