Yığmamız azlıqda qalan Finlandiyanı əldən qaçırdı

Yığmamız azlıqda qalan Finlandiyanı əldən qaçırdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi  AVRO-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, A qrupunda mübarizə aparan Milan Obradoviçin başçılıq etdiyi kollektiv Finlandiyanı qəbul edib. 

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilən matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qonaqlar matçın 66-cı dəqiqəsindən azlıqda oynayıb.

AVRO-2023, seçmə mərhələsi

8 oktyabr

Azərbaycan – Finlandiya 1:1 Qollar: R.Hüseynli, 86 – D.Hakans, 75. Qırmızı vərəqə: T.Ablade, 66 (ikinci sarı)

Baş hakim: Viktor Şimusik (Belarus) Sumqayıt. “Kapital Bank Arena”

Xal durumu: Xorvatiya - 9, Avstriya - 6, Norveç- 6, Finlandiya - 4, Azərbaycan - 1, Estoniya - 0 

Qeyd edək ki, qrupun digər matçlarında Xorvatiya Norveçi 3:2 hesabıyla yenibsə, Estoniya Avstriya Estoniya səfərdindən 4:0 hesablı darmadağınla dönüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər