Yılmaz Vural istefaya göndərildi

Yılmaz Vural istefaya göndərildi
Türkiyənin "Erzurumspor" komandasının baş məşqçisi Yılmaz Vural istefaya göndərilib.
Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Buna Super Liqa təmsilçisinin son turlardakı uğursuz çıxışı səbəb olub.
Qeyd edək ki, "Erzurumspor" Yılmaz Vuralın başçılığı altında meydana çıxdığı 9 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 5 dəfə uduzub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər