21 yaşadək futbolçular arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq İsrail - Azərbaycan oyununun ədalət təmsilçiləri bəllidi.
Fanat.Az xəbər verir ki, avqustun 31-də 20:30-da start götürəcək görüş rumıniyalı hakimlər briqadasına həvalə edilib.
Referi Katalin Qamana laynsmanlar - Mirça Qriqoriu və Marius Nikoara yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Katalin Popa yerinə yetirəcək.
Fanat.Az