“Yaxşı imkanlarımız da oldu, amma..." - Ruslan Qurbanov

“Yaxşı imkanlarımız da oldu, amma..." - Ruslan Qurbanov

“Oyun barədə onu deyə bilərəm ki, matça çox ciddi hazırlaşmışıq. Səfər oyununa yaxşı nəticə üçün gəlmişik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin hücumçusu Ruslan Qurbanov deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “Maynts”la qarşılaşacaq “qırmızı-qaralar”ın oyunçusu fikirlərini açıqlayıb.

 

“Yaxşı nəticə qazanıb, Qəbələyə yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik ki, ilin son matçlarına hazırlaşaq. Lakin indi yalnız “Maynts”la oyunu düşünürük. Bizim yaxşı imkanlarımız da oldu, amma şansları qaçırdıq. Lakin futbolda belə hallar olur. Hardasa bəxtimiz gətirmədi, hardasa hazır olmadıq. Sabah yaxşı, gözəl futbol nümayiş etdirib, fanatlarımızı, Azərbaycanda “Qəbələ”yə azarkeşlik edəcək hər kəsi sevindirəcəyik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər