Futzal üzrə Yüksək Liqada XXIV turun təqvimi müəyyənləşib.
Fanat.Az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, turun oyunları aprelin 13-də keçiriləcək.
Həmin gün Bakı İdman Sarayında 2 qarşılaşma baş tutacaq. "FK.İD.Futsal” "Neftçi” ilə, "Yasamal” isə "Xəmsə” ilə üz-üzə gələcək. Çempion "Araz” bu tur istirahət edəcəksə, "Marafon Futsal” – EKOL oyunu gələn həftə oynanılacaq.
Yüksək Liqa
XXIV tur
13 aprel
14:30. "FK.İD.Futsal” – "Neftçi” İK
16:30. "Yasamal” FK – "Xəmsə”
Fanat.Az