Zaman-zaman saytımız vasitəsiylə mərc həvəskarlarına yerli və digər çempionatların oyunlarının öncədən təhlil edib təxmini nəticələri haqqında məlumat veririk. Bu dəfə də Azərbaycan çempionatının XXIV turunun qarşılaşmaları haqqında proqnozlarımızı sizinlə bölüşürük. Beləliklə...
“Qəbələ” - “Zirə”
Azərbaycan Kubokunun finalını artıq böyük ölçüdə təmin etmiş qəbələlilər çempionata tam qüvvəsi ilə kökləniblər. Turnir cədvəlində “Qarabağ”dan 2 xal geri qalsalar da, daban-dabana mübarizə gedir. Sirr deyil ki, “Qəbələ”nin məqsədi aradakı xal fərqini qoruyub, XXV turda birinci pillənin taleyini “köhlən atlar”la aralarındakı oyunda həll etsin və çempionatın sonuna qədər xal itirməsin. Bu baxımdan Roman Qriqorçukun yetirmələri maksimum ehtiyyatlı oyun sərgiləyərək, hava-su kimi lazım olan 3 xalı qazanmağa çalışacaq.
Amma “Zirə”ni də hesabdan silmək olmaz. Avrokuboklarda iştirak üçün yenicə lisenziya almış zirəlilərin də motivasiyası yüksəkdi. Üstəlik XVIII turda “Zirə”nin “Qəbələ”yə yaşatdığı son dəqiqə şoku yaddaşlardan silinməyib. “Qəbələ”nin müdafiəsindəki problemlər “İnter”lə kubok oyununda da açıq-aşkar görünürdü. Bu baxımdan pomidoru ilə məhşur olan qəsəbənin komandası "qırmızı-qaralar"ın qapısına öz məhsullarından atacağı gözləniləndi.
Məşhur Bwin.com saytı hər iki komandanın qoluna inananlara 2.50 əmsal vəd edir.
Mərc həm də riski sevir. Bukmeker kontorlarının “Qəbələ”yə inanması, ev sahibinin qələbə əmsalını çox aşağı düşməsinə səbəb olub. Odu ki, mərc edənlər maksimum inandırıcı və sərfəli əmsallar seçməlidi. Yuxarıda da qeyd etdiyimiz kimi, bir az da risk almalıdılar. Risk “Zirə”nin bir hissə “Qəbələ”nin təzyiqinə dözməsidi ki, bu da mümkündü. Beləliklə, proqnozumuz:
1. Qol/qol
2. “Qəbələ”nin qələbəsinə inandığımız üçün qq proqnozlaşdırırıqsa, oyunun üst (2.5) gələcəyi məntiqə uyğundu.
3. X/1 riskli mərci sevənlər üçün yüksək əmsallı ideal variantdı.
“Qarabağ” - “Kəpəz”
Mərc kontorları ümumiyyətlə Nizami yurdunun təmsilçisinə inanmır. Həqiqət də budur. Bu oyundan sürpriz gözləməyə dəyməz. Mərc sevərlərə hər iki hissənin qələbəsinə (1/1) oynamaq məsləhətdi.
“Məsləhətli don gen olar” deyib atalar. Gəlin sizinlə də məsləhətləşək. Biz burdan, sizsə başınızda götür-qoy edin. Düşünürük ki, XXV turda köhlən atların “Qəbələ” ilə ağır oyunu var. Bu qarşılaşma çempionluğun taleyini 70 faiz həll edəcək. Yani, başa düşdüyünüz çox önəmli matç olacaq. İnanmırıq ki, Qurban Qurbanov yetirmələrini çox yorsun. Bu baxımdan bir və ya iki qoldan artıq düşünmək çətindi. Amma bu “Qarabağ”dı. Hər şey ola bilər. Yenə məsləhət sizindi. Proqnozumuz...
1. 1/1
2. Alt (2.5)
“Sumqayıt” - “Neftçi”
Bu qarşılaşmada qələbə 80 yaşlı “qoca” üçün çox önəmlidi. “Zirə”nin “Qəbələ”yə məğlub olacağı təqdirdə paytaxt təmsilçisini Avropa Liqasına 3 xal yaxınlaşdıracaq və zirəlilərlə xal fərqini birə endirəcək. Əgər “Neftçi” qələbə qazana bilməsə, “gənclər şəhəri”nin təmsilçisini iki xal irəli, özünü isə turnir cədvəlində bir pillə geri - 6-cı yerə salacaq. Düzdü indiki halda “Neftçi”nin ümidi “İnter”in Avropa Liqasından kənarda qalmasınadı. Klubun sponsorsuz qalması buna zəmin yaradır. Sonda beşinci pillənin sahibi “İnter”in bədbəxtliyi üzərində xoşbəxtlik qurmağa məcburdu. Əgər "flaqman" bunu qüruruna sığdırmayacaqsa, mütləq “Zirə”ni geridə qoymalıdı. Bunun üçünsə “Sumqayıt” üzərində qələbə mütləqdi. “Neftçi”nin bu qarşılaşmadan 3 xalla ayrılmasına kifayət qədər güclü heyəti var. Qalır Elxan Abdullayevin heyəti düzgün qurub, meydandan qalib ayrılıb, mətbuat konfransına əsəbləşmədən gəlməyi. Beləliklə...
1. Oyunun nəticəsi - 2
2. Üst (2.5)
“İnter” - AZAL
Bu oyun haqqında uzun-uzadı baş sındırmağa dəyməz. Düzdü, bukmekerlər sabiq "bankirlər"ə inanır. AZAL isə çempionatdan əlini üzsə də, Tərlan Əhmədovun komandası bacardığı qədər yaxşı oyun nümayiş etdirməyə çalışır. Şüvəlan təmsilçisinin itirəcək heç nəyi yoxdu. Ona görə də “İnter"in işi çətindi. Mərcdə hərdən hissə də güvənmək lazımdı. Siz necə, içinizdə bu oyunun heç-heçə bitəcəyi ilə bağlı şübhə yoxdu ki?
Əgər yoxdusa, bu oyuna mərc etməyin!
Sonda onu da qeyd edək ki, mərc aludəçisi olmayın, sadəcə maraqlanın! Oyunçu aparsın, bol şanslar!
Fanat.Az