XXI əsrdə ən çox qol vuran müdafiəçilər kimlərdir?

XXI əsrdə ən çox qol vuran müdafiəçilər kimlərdir?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Siyahıya İspaniya millisinin və "Real”ın kapitanı Serxio Ramos başçılıq edir. 34 yaşlı müdafiəçi karyerası ərzində 126 qol vurub.
İkinci sırada 104 qolla Yaponiya yığmasının sabiq üzvü Markus Tulio Tanaka yer alıb. Üçüncü pillədə isə Əlcəzair yığmasının keçmiş müdafiəçisi Abderahman Haşud yer alıb. Sağ cinah müdafiəçisinin aktivində 88 qol var.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər