Xuan Kuadrado özünə yeni iş yeri tapdı

Xuan Kuadrado özünə yeni iş yeri tapdı

Ötən ay "Yuventus"la müqaviləsinin müddəti başa çatan Xuan Kuadrado karyerasını digər İtaliya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, azad agent statusu daşıyan müdafiəçi Milan "İnter"i ilə razılığa gəlib. Mənbə tərəflərin 1 illik müqavilə imzalamağı planlaşdırdığını vurğulayıb.

35 yaşlı Xuan 2022/2023 mövsümündə "Yuventus" forması ilə bütün turnirlərdə 47 matça çıxaraq 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha öncə kolumbiyalı futbolçunun Turin klubunda illik 2 milyon avro maaş aldığı bəlli olmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər