Bolqarıstan millisinin və “Barselona”nın keçmiş futbolçusu Xristo Stoiçkov Kataloniya təmsilçisinin hücumçusu Usman Dembelenin çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu barədə AS nəşrinə danışıb:
“Barselona”nın onun üçün nə qədər ödədiyi məni maraqlandırmır. Mən ancaq oyun zamanı baş verənlərlə maraqlanıram. Dembeledə keyfiyyət var, sürətlidir, qol vurur, amma onun problemi öz ətrafındadır. O, səhv edib və bağışlamaq olmaz. Bilir ki, azarkeşlər onu dəstəkləməyəcək. Dembelenin mentalitetini dəyişmək lazımdır. Onun problemi klubun tarixini bilməməsidir.
Futbol sadəcə qaçış deyil. Böyükləri dinləməlidir. Mən Yohan Kroyffdan dərs almışam. Papen, Lineker, Gerd Müller və Van Basten kimi oyunçuları da izləmişəm. Mən bu insanlarla böyümüşəm və oyunumda nəyisə dəyişmək istəmişəm.
Futbolçuların maaşları son 12 ildə kəskin artıb. Dembele öz üzərində işləməlidir. Mən onun keyfiyyətlərinə heç vaxt şübhə etməmişəm, amma düşdüyü vəziyyətdən çıxış yolu tapmalıdır. 114 oyunda meydana çıxıb və cəmi 20 oyunu əsas heyətdə olub. Bu, çox azdır. Onun münasibəti göstərir ki, mövsümün sonunda klubdan gedəcək”.
Qeyd edək ki, 24 yaşlı fransız futbolçu 2017-ci ildən "Barselona"da çıxış edir.
Emin