"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı həmyerlisinə kömək edəcək

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı həmyerlisinə kömək edəcək
"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.
 
Fanat.Az xəbər verir ki, rumın mütəxəssis bundan sonra ölkəsinin "Vitorul” komandasında çalışacaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssis Konstanta təmsilçisində baş məşqçi Georgi Hacinin köməkçisi təyin olunub. Onunla 2.5 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, 2010/11 mövsümündə "Xəzər Lənkəran"a başçılıq etmiş Mirça Rednik bu klubla Azərbaycan kubokunun qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər