Xəyanəti etiraf etdi, üzr istədi - FOTO

Xəyanəti etiraf etdi, üzr istədi - FOTO
"Mançester Yunayted"in futbolçusu Antoni Martial xəyanət etdiyi hamilə sevgilisi Melani Da Kruzadan üzr istəyib. 
Fanat.Az xəbər verir ki, futbolçu bu barədə "Instagram" hesabında yazıb: 
"Bu aylarda etdiyim hərəkətlərlə zərər verdiyim yaxınlarım, gözəl ailəm və xüsusilə nişanlımdan üzr istəyirəm. Səhvlər etdim və buna görə çox məyusam. Bir daha əsla baş verməyəcək".
Xəyanəti etiraf etdi, üzr istədi - FOTO Xəyanəti etiraf etdi, üzr istədi - FOTO
Qeyd edək ki, futbolçunun hamilə nişanlısına xəyanət etməsi xəbərini "The Sun" yaymışdı. İddialara görə, həmin vaxt Melani 8 aylıq hamilə olub. Qəzet yazır ki, həftədə 75 min funt-sterlinq qazanan futbolçu Parisdə gecəsi 70 funt-sterlinq olan ucuz bir oteldə gecəni Malika Semiçi adlı qadınla keçirib. Onlar gecə klubunda tanış olduqdan sonra otelə yollanıblar.
Xəyanəti etiraf etdi, üzr istədi - FOTO Xəyanəti etiraf etdi, üzr istədi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər