Koronavirusa yoluxan Fatih Terimin yerləşdirildiyi özəl xəstəxana açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, şəfa ocağı virusa yoluxduğu martın 23-də bilinən "Qalatasaray”ın çalışdırıcısının öskürəkdən şikayətləndiyini bildirib:
"COVİD-19 testi müsbət çıxan Fatih Terimin müalicəsinə başlamışıq. Hazırda yalnız xəfif öskürəkdən şikayət edən Terimin səhhətində başqa ciddi problem müşahidə olunmur. Onun sağlıq durumu nəzarətdə saxlanılır”.
Fanat.Az