Xəlilov Avropa çempionu oldu

Xəlilov Avropa çempionu oldu

Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında medal qazanıb.

Fanat.Az xəbər verir ki, bütün rəqiblərinə qalib gələn İmaməddin Xəlilov (70 kq, K 44) qızıl medal qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Azərbaycan parataekvondoçuları buna qədər AÇ-də daha 3 medal qazanmışdılar. Röyalə Fətəliyeva (52 kq) yalnız finalda uduzaraq, ikinci yerlə kifayətlənib. Sabir Zeynalov (58 kq) və Amin Şıxalıyev (63 kq) isə bürünc medal qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər