Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

La Liqanın 36-cı turunda “Almeriya”nın qonağı olan "“Barselona” 2:0 hesablı qələbə qazanıb. 

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu oyun Xavi Ernandesin İspaniya çempionatında Kataloniya komandasının baş məşqçisi kimi 100-cü oyunu olub. 

"Almeriya" ilə görüşdə o, 69-cu qələbəsini qazanıb. Bundan başqa, Xavinin rəhbərliyi altında "Barselona" 16 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb. 

Kataloniyalıların indiyəqədərki baş məşqçilərindən yalnız Pep Qvardiola (79) və Luis Enrike (75) La Liqada ilk 100 oyununda daha çox qələbə qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər