“Barselona”nın baş məşqçisi Xavi “Vulverhempton”un yarımmüdafiəçisi Ruben Neveşlə danışıq aparıb.
Fanat.Az "Sport.es" saytına istinadən xəbər verir ki, 25 yaşlı portuqaliyalı futbolçu özü də "Barselona"da oynamaq niyyətindədir.
Futbolçunun transfer dəyəri 40 milyon avrodur və onun "canavarlar"la olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.
Emin