Xavi Kumanın tənqidlərinə nə cavab verdi?

Xavi Kumanın tənqidlərinə nə cavab verdi?

"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubunun sabiq baş məşqçisi Ronald Kumanın tənqidlərinə cavab verməkdən imtina edib. 

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis gedişindən sonra "Barselona"nın "Real Madrid"lə xal fərqinin daha da artdığını bildirib. 

AS-a danışan Xavi Kumanın fikrinə hörmətlə yanaşdığını və klub rəhbərliyinin tam dəstəyini hiss etdiyini deyib.

Qeyd edək ki, "Barselona" rəhbərliyi baş məşqçi Ronald Kumanı 28 oktyabr 2021-ci il tarixində istefaya göndərib.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər