"Barselona" rəhbərliyi baş məşqçi Xavinin istəyinə uyğun olaraq "Yuventus"un müdafiəçisi Matteys de Liqti tarnsfer etməyi planlaşdırır.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, artıq İspaniya nəhənginin skautları niderlandlı futbolçunun agenti Mino Rayola ilə görüşüb.
Görüş zamanı "Yuventus"un yüksək əməkhaqqı alan arxa xətt oyunçusunu satmağa hazır olduğu müəyyənləşib. Lakin Rayolanın müştərisinin istədiyi məvacibin "Barselona"nın nəzərdə tutduğu məbləğdən çox olduğunu açıqlaması bu transferi əngəlləyə bilər.
22 yaşlı de Liqt 2019-cu ilin yayında "Ayaks"dan transfer olunub. İtaliya klubu Niderland millisinin üzvünə görə Amsterdam təmsilçisinə 85,5 milyon avro ödəyib.
"Transfermarkt" portalı "qoca sinyora" ilə olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq Matteysin transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat